Astanada parlament müzakirələri-BEYNƏLXALQ KONFRANS

Astana şəhərində Qazaxıstan Respublikasının Parlament Senatında "Müasir parlamentarizm: Hakimiyyətin Qanunverici proseslərdə qolları: təşəkkül, inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfrans keçirilib.

Konfransda açılış nitqi söyləyən yuxarı Palatanın vitse spikeri Aleksandr Sudin deyib ki, Qazaxıstan Parlamenti ötən tarixi dövr ərzində şərəfli bir yol keçib.

Konfransda Qazaxıstan Respublikasının Parlamentinə verilən səlahiyyətlər, qanunvericiliyin keyfiyyətinin yüksəlməsi, başqa ölkələrin parlamentləri ilə qarşılıqlı əməkdaşlığın inkişafı mərhələləri, xarici ölkələrin parlament modellərinin öyrənilməsi və qəbul edilən qanunverici sənədlərdə milliliyin qorunması kimi məsələlər müzakirə edilib.

Konfransın müzakirələrində MDB Parlamentlərarası Assambleyasının nümayəndələri, Konstitusiya Şurasının üzvləri, Ədliyyə Nazirliyi və baş Prokurorluğun rəsmiləri iştirak ediblər. Qonaq qismində olan MDB dövlətlərinin deputatları, eləcə də Azərbaycan tərəfindən Milli Məclisin deputatı Adil Əliyev iştirak edib. Qonaqlar öz rəy və təkliflərini, fikirlərini bölüşüblər, eləcə də təmsil etdikləri ölkələrinin qanunverici orqanlarının modelləri barədə ətraflı məlumatlar veriblər.

Mətanət
AzNews.az