İran daha bir türk serialına etiraz etdi

"Samanyolu" TV-də yayımlanan "Osmanlıda dərin dövlət" adlı serial İranda etirazla qarşılanıb. İranın Türkiyə səfirliyi artıq serialla bağlı kanal rəhbərliyinə etiraz məktubu göndərib.

İRNA – nın məlumatına görə, etirazda serialda yer alan mövzuların iki ölkənin yararına olmadığı əsas gətirilir.

Səfirlik "Serialda iranlılar və şiə müsəlmanlar haqqında doğru olmayan məlumatlara yer verilib" deyə məktubunda qeyd edib.

Qeyd edək ki, İran bundan əvvəl də "Kurtlar vadisi- Pusu" serialından şikayət etmişdi.

Elnarə
AzNews.az