- Köhnə - Region
- 20 Aprel 2013 16:08
- 4 371
İranda 2 nəfər edam edilib
İranın Kərəc şəhərində 2 nəfər edam edilib
Adam öldürməkdə təqsirləndirilən Hüseyn Çəfəlki və Rza Əhmədi barədə yerli məhkəmə ölüm hökmü çıxarıb. Edam qərarı Kərəcin Rəcaişəhr həbsxanasında icra olunub.
Qeyd edək ki, "Amnesty İnternational"ın (Beynəlxalq Əfv Təşkilatı) yaydığı hesabatda İranda 2012-ci ildə 314 nəfərin edam edildiyi bildirilir. Ancaq İran insan haqları təşkilatları edamların sayına görə Çindən sonra ikinci pillədə qərarlaşmış bu ölkədə 2012-ci ildə 580 nəfərin dara çəkildiyini açıqlayıblar.
AzNews.az