5-i uşaq olmaqla, 6 nəfər diri-diri yandı- FACİƏ

Türkiyənin İstanbul şəhərindəki yaşayış evlərindən birində dəhşətli yanğın baş verib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ana və 5 körpə hadisə nəticəsində diri-diri yanaraq ölüb. Məlumata görə, yanğında ölənlər 20 yaşlı ana, onun 7 aylıq və 4 yaşlı körpəsi, başqa bir ailənin 2 uşağı və digər ailəyə aid 4 yaşlı uşaq olmaqla 3 ailənin üzvləridir.

Yanğına səbəb divanın yanında olan elektrik sobasının divan örtüyünü yandırması olub. Hadisə zamanı, xoşbəxtlikdən qapıya yaxın olan 2 uşaq qaçaraq xilas olublar. Faktla bağlı araşdırmalar davam edir.

Xəyalə
AzNews.az