İranda döyüş təyyarəsi qəzaya uğradı: 2 ölü

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, İranın cənub-qərbində İraqla sərhəddin yaxınlığında F-5 döyüş təyyarəsi yerə düşüb.

Təyyarənin səhər saatlarında İlam əyalətinə aid olan Abdanan şəhəri yaxınlığında düşdüyü bildirilir. Hadisə nəticəsində hər iki pilot ölüb.

İlkin araşdırmalara görə, təyyarənin ərazidəki Filman dağı ilə toqquşması nəticəsində müvazinəti itirdiyi bildirilir. Hadisə yerinə xilasedicilər və təhlükəsizlik qüvvələrinin sövq ediliblər.

Xəyalə
AzNews.az