- Köhnə - Region
- 21 Aprel 2013 20:25
- 3 338
Baş nazir Ərdoğanı güldürən məktub- FOTO
"Rəcəb əmi xahiş edirəm, bizim müdürümüzü təmbehləyin"
İstanbulda 1-ci sinif şagirdi Lal Ege Nurali ailəsindən xəbərsiz Baş nazir Ərdoğana məktub yazıb . 8 yaşlı balaca öz məktubunda məktəb müdirini Baş nazirə şikayət edib. Nuralın ailəsi tərəfindən "Facebook"da paylaşılan məktub, qısa müddətdə paylaşma rekordları qırıb.
Oxuyub-yazmağı 3 yaşında öyrənən Nuralinin ailəsindən xəbərsiz yazdığı məktubu anası tapıb. "Nə edəcəksən, bu məktubu?"- deyə soruşan anaya balaca "Baş nazirə göndərəcəyəm. O,mənə kömək edər" cavabını verib.
Nurali müdirini Baş nazir Ərdoğana bu ifadələrlə şikayət edib: "Sevgili Baş nazir Rəcəb bəy. Bizim məktəb direktoru biz balacayıq deyə basket sahəsində oynamağımıza icazə vermir. Biz buna görə çox pis oluruq. Sinif yoldaşlarımızla birgə ağlayırıq. Bu bizə qarşı çox pis bir haqsızlıqdır. Rəcəb əmi, xahiş edirəm müdürümüzü təmbehləyin. Bizim onlardan nə fərqimiz var? Mən də sənin kimi bir rəhbərəm,ama sinif nümayandəsi olaraq."
Xəyalə
AzNews.az