İsraildən Türkiyəyə sürpriz tələb

Mavi Mərmərəyə hücumu səbəbiylə Türkiyədən üzr istəyən İsrail Ankaradan Akıncı Hava Üssünün istifadəsini istəyəcək.

AzNews.az İngiltərənin "Sunday Times" qəzetinə istinadən xəbər verir ki, İsrail Milli Təhlükəsizlik Şurasının sədri Yaakov Admiror, sabah Ankaradakı təmaslarında bu mövzunu müzakirəyə çıxaracaq.

Admiror İranın nüvə proqramına qarşı Ankaradakı Akıncı Hava Üssünündən təlimlər keçmək üçün icazəsi istəyəcək. Tələblər arasında Türkiyə ərazisinə İsrail döyüş təyyarələrinə açılması da var. Tel Aviv də bunun müqabilində Türkiyəyə hava müdafiəetmə sistemi verməyi təklif edəcək. Məlumat üçün deyək ki, bu sistemin daxilində anti-ballistik raketlər və gecə-gündüz hər cür hava şəraitində işləyən yüksək səviyyəli bir müşahidə etmə texnologiyası var.


Xəyalə
AzNews.az