Bu şeir erməniləri ayağa qaldırdı

Gürcü şair Carsuq Çakvianinin özünə məxsus olan "Gürcü sözü" qəzetində dərc etdirdiyi şeir ermənilərin və xarici ölkələrdəki erməni diasporunun qəzəbinə səbəb olub.

Cavaxetiyanın Rusiyadakı diaspor təşkilatı buna qarşı bəyanatla çıxış edərək şerin müəllifinə qarşı tədbir görülməsini tələb edib.

Gürcüstandakı Ermənistan səfirliyinə, QHT-lərə və Gürcüstan hökumətinə müraciət edən daispor təşkilatının qəzəbinə səbəb olan şeirdə Gürcüstanda gürcülərə yox, ermənilərə daha çox diqqət yetirildiyi, onlara "yaşlı işıq yandırıldığı" bildirilir.

"Sən gürcüsən?- Gəlmə.
Sən ermənisən?- Hə, buyur, cənab!" deyə şeridə qeyd olunub.

Elnarə
AzNews.az