- Köhnə - Region
- 21 Aprel 2013 19:24
- 2 820
Daha bir nəfər prezidentliyə namizədliyini irəli sürdü
APA-nın "Radiofərda"ya istinadən verdiyi məlumata görə, bu, İran parlamentinin deputatı Əlirza Zakanidir. O, Tehranda keçirdiyi brifinqdə bu il iyunun 14-də ölkədə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini rəsmi şəkildə elan edib.
Qeyd edək ki, Ə. Zakani "Bəsic"in (hökumət tərəfdarı olan yarıhərbi könüllülər dəstəsi) komandanlarındandır, mühafizəkarlar (üsulgəra) düşərgəsinə mənsubdur. Eyni zamanda İslam İnqilabının Davamçıları Cəmiyyətinin (Cəmiyyət-e Rahpuyan) baş katibidir.
AzNews.az