Xarici İşlər Nazirliyi təkzib etdi

Türkiyə Xarici İşlər Nazirliyi yerli mətbuatda İsrail-Türkiyə münasibətləri ilə bağlı xəbərləri təkzib etdi. Nazirliyinin sözçüsü Levənt Gümrükçü İsrailin Mavi Mərmərə basqınına görə etdiyi üzrxahlığa qarşılıq Ankara səmaları ilə bağlı irəli sürülən iddialar haqqında açıqlama verib.

O, sabah keçiriləcək müzakirələrdə İsrailin Akıncı Hava Üssünün istifadəsini istəyəcəyinə dair xəbərlərin reallıqla heç bir əlaqəsinin olmadığını söyləyib. "Bu xəbərlərin həqiqətlə heç bir əlaqəsi yoxdur. Tamamilə uydurma xəbərlərdir"-, Levənt Gümrükçü bildirib.

Xəyalə
AzNews.az