Bu qəbirlər villa qiymətinədir

Türkiyənin İstanbul şəhərində "Zincirli quyu" adlanan məzarlıqda qəbir yerlərinin qiyməti o qədər bahalaşıb ki, ev almaq bundan daha ucuz başa gəlir. Türkiyə mətbuatının məlumatına görə, artıq qəbir yerləri internetdə satışa çıxarılır.

Qiymətlər isə 200 minlə 750 min lirə arasında (təqribən 100 min manatla 375 min manat) arasında dəyişir. 750 min lirəyə təklif edilən məzar yeri 10 kvm –dir. Bahalı məzar yerləri əsəsən məşhur insanların qəbirlərinin yanında yerləşir.

Elnarə
AzNews.az