- Köhnə - Region
- 22 Aprel 2013 09:07
- 8 575
İrana qarşı türk-ərəb birgə aksiyası- FOTOLAR
AzNews.az xəbər verir ki, GADP, GALDP və GAİP-in iştirakı ilə keçirilən aksiyada 2005-ci il aprelin 19-da İranın Əhvaz bölgəsində baş verən hadisələrin ildönümü qeyd olunub. Fars şovinizminə qarşı türk - ərəb birliyinin nümayiş etdirildiyi aksiyada İranda milli hüquqların bərpası uğrunda mübarizəyə qarşı rejimin işgəncəyə dayanan siyasəti kəskin pislənilib, millətlərin rejimə qarşı birgə mübarizəsinin əhəmiyyəti vurğulanıb.
Yürüşlə başlayaraq Avropa Komissiyasının binası qarşısında mitinqlə davam edən aksiyada İranda baş verənlərlə bağlı müxtəlif dillərdə bildirişlər yayılıb.
Elnarə
AzNews.az