- Köhnə - Region
- 22 Aprel 2013 14:43
- 5 792
Xarici işlər naziri Rusiyaya gedir
Bu barədə Trend Ermənistan KİV-ə istinadən məlumat verir.
Ermənistan XİN-in mətbuat xidmətinin yaydığı məlumata görə, xarici işlər nazirləri Ermənistan-Rusiya strateji əməkdaşlığının inkişafına istiqamətlənmiş addımları müzakirə edəcək, gündəlikdə duran bir sıra regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparacaqlar.
Səfər çərçivəsində Nalbandyanın RF Federal Şurasının rəhbərliyi ilə görüşəcəyi gözlənilir. Bundan başqa, Ermənistan XİN rəhbəri Rusiya Diplomatik Akademiyasının professor-müəllim heyəti qarşısında çıxış edəcək.
AzNews.az