Sabiq namizəd Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək

Ermənistan prezidenliyinə sabiq namizəd Paruyr Hayrikyana sui-qəsddə ittiham olunan digər keçmiş namizəd Vardan Sedrakyan Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edəcək. Bu barədə Trend Ermənistan KİV-ə istinadən məlumat verir.

Onun həbsi ilə əlaqədar verilmiş kassasiya şikayəti rədd edilib.

"Hazırda Sedrakyanın müdafiəsi ilə bağlı AİHM-ə iddia hazırlanır", - "Sirunyan" hüquq mərkəzindən bildiriblər.

AzNews.az