Prezident ABŞ-a səfər edəcək

Gürcüstan prezidenti Mixail Saakaşvili gələn həftə ABŞ-a səfər edəcək.
APA-nın "Qruziya Onlayn"a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə açıqlamasında ABŞ-ın Gürcüstandakı səfiri Riçard Norland deyib.

Onun sözlərinə görə, ABŞ-a səfəri çərçivəsində Gürcüstan prezidenti ölkəsindəki hazırkı hadisələrdən söz açacaq.

Riçard Norland qeyd edib ki, bu il həmçinin Gürcüstanın baş naziri Bidzina İvanişvilinin də ABŞ-a səfəri planlaşdırılıb.

AzNews.az