“Əsirləri xilas etmək üçün bütün var gücümüzdən istifadə edəcəyik“

Əfqanıstanda taliblər tərəfindən əsir götürülmüş türk vətəndaşları özlərini yaxşı hiss edirlər.

Bu barədə Anadolu agentliyi Türkiyənin xarici işlər naziri Əhməd Davudoğluya istinadən məlumat veriblər.

"Əsirləri xilas etmək üçün bütün var gücümüzdən istifadə edəcəyik",-deyə nazir əlavə edib.

Qeyd edək ki, dünən taliblər tərəfindən oğurlanmış Türkiyə vətəndaşları ölkənin Lohar əyalətində məcburi eniş edən helikopterin göyərtəsində olublar.


AzNews.az