Rusiya gözəli tacından imtina etdi

Səbəb onun Yerin Günəş ətrafında fırlanmasını bilməməsidir

Rusiyanın məşhur futbolçusuYuri Jirkovun xanımı İnna "Miss Rusiya- 2012" titulundan imtina edib. 23 yaşlı, iki uşaq anası olan qadın bunu müsabiqədən sonra yaranan səs-küylə əlaqələndirib.

Belə ki, mətbuata müsahibəsində İnnanın elementar dərəcədə məlumatlı olmadığı, hətta Yerin Günəş ətrafında fırlanıb-fırlanmadığını bilmədiyi üzə çıxıb. Bundan sonra xüsusi istedadı ilə seçilmədiyini etiraf edən İnanın çıxışından hazırlanan videoçarxa qısa müddət ərzində 4,5 milyon insan baxıb. Bundan sonra geniş ictimai müzakirələrə səbəb olan çıxış İnnanın tutulundan imtina etməsinə səbəb olub.

Elnarə
AzNews.az