- Köhnə - Region
- 24 Aprel 2013 09:22
- 2 493
İrandan Azərbaycandakı prezident seçkisi ilə bağlı açıqlama
Ramin Mehmanpərəst əlavə edib ki, prezident seçkiləri digər ölkələrdə olduğu kimi, Azərbaycanda da ölkənin idarəçiliyində xalqın rolu və idarəsinin göstəricisi ola bilər: "Biz ümid edirik ki, Azərbaycan xalqı da seçkidə ciddi iştirak etsin. Biz isə xalqın seçdiyi şəxsi və iki ölkə əlaqələrinin inkişafı istiqamətində addımlayanları müsbət qarşılayacağıq. Biz bütün qonşu ölkələrimizlə ən yaxın əlaqələrin tərəfdarıyıq".
Ramin Mehmanpərəst iki qonşu ölkə rəsmilərinin qarşılıqlı səfərlərinə toxunaraq "Belə gediş-gəlişlər olmalıdır və yəqin ki, qarşılıqlı əlaqələrdə təsirli nəticələrə gətirib çıxaracaq. İran Azərbaycan ilə olduqca yaxşı əlaqələrə malikdir. İki ölkə rəsmilərinin səfərləri bu əlaqələrin müxtəlif sahələrdə dəyərləndirilərək inkişafına şərait yaradır".
Elnarə
AzNews.az