Qaçqınların düşərgəsində yanğın baş verdi

Türkiyənin Şanlıurfa vilayətində yerləşən suriyalı qaçqınların düşərgəsində yanğın baş verib. Bu barədə "Sabah" qəzeti xəbər yayıb.

Məlumata görə, çadırların birində baş verən yanğın sonradan yaxınlıqda yerləşən digər 5 çadıra keçib. Yanğın nəticəsində 6 uşaq ağır dərəcəli yanıq xəsarətləri alıb. Zərərçəkən uşaqlar yaxınlıqda yerləşən xəstəxanalara çatdırılıb.

Bildirilir ki, zərərçəkənlərin vəziyyəti çox ağırdır, onların həyatı üçün təhlükə var. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

AzNews.az