Elşad Abdullayev azərbaycanlılara dəstək verdi-FOTOLAR

Aprelin 22-də Avropa Şurasının önündə Avropa ölkələrində yaşayan azərbaycanlı mühacirlərin etiraz aksiyasında Fransada mühacir həyatı yaşayan sabiq ABU rektoru Elşad Abdullayev də iştirak edib.

Aksiya təşkilatçılarından "musavat.com"a verilən məlumata görə, Avropa Şurası qarşısında Azərbaycan həqiqətlərini çatdırmaq üçün keçirilən izdihamlı aksiyaya sabiq ABU rektoru yaxından dəstək verib. Aksiyada eyni zamanda "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid, xanımı Ayəndə Mürsəliyeva, satirik şair Mirzə Şakit, mühacir müsavatçı Yeganə Əmiraslanova, gənc bloggerlər Həbib Müntəzir və Elnur Məcidli də iştirak ediblər.

Qeyd edək ki, aksiya ilə bağlı gənc fəal Elnur Məcidli açıqlamasında bildirib ki, aksiyanın əsas məqsədi bu ilin yanvar ayında AŞPA-nın qış sessiyasında Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçi alman deputat Kristof Ştrasserin hesabatının qəbul olunmamasına etirazdır: "Həmçinin Azərbaycanda gənclərin kütləvi həbsinə, ölkədəki siyasi repressiyalara, söz azadlığının boğulmasına qarşıdır".

AzNews.az
image description image description image description image description image description