- Köhnə - Region
- 24 Aprel 2013 13:36
- 2 509
Müavin prezidenti tənqid etdi
"Media forum" saytının məlumatına görə, Hüseyn Müzəffər deyib ki, növbəti prezident seçkisinə iki aydan az qaldığı bir vaxtda Əhmədinejad hökuməti seçki qanununun icrasından boyun qaçırır, müxtəlif bəhanələrlə seçkiyə hazırlıq işlərini ləngidir: "Təəssüflər olsun ki, Daxili İşlər Nazirliyi seçki qanununu bu günə qədər icra etməyib. Bu haqda bizə pis xəbərlər gəlir. Güman edirəm ki, hökumətin bu qanunun icrasını ləngitməsi davam etsə, prezident seçkisinə xələl gələcək. Bu isə yalnız ölkədə çaxnaşma yaratmaq istəyən fitnəçilərə yardım edə bilər.
Prezident seçkisinə iki aydan az vaxt qaldığı şəraitdə hökumət seçkilərin mərkəzi icraiyyə heyətini hələ yaratmayıb. Halbuki yeddi nəfərdən ibarət olacaq bu heyət uzaqbaşı mart ayının ortalarına qədər yaradılmalı idi. Bəzən deyilir ki, yeni fitnə prezident seçkisindən əvvəl baş verə bilər. Onun nişanələrindən biri elə budur ki, hökumət seçki qanununun icrasından boyun qaçırır. Güman edirəm ki, Əhmədinejad hökuməti təhlükəli bir oyuna başlayıb".
AzNews.az