Azərbaycanlı "qanuni oğru"lar İrəvana getmədi Azərbaycanlı "qanuni oğru"lar İrəvana getmədi

“Qanuni oğru“ belə dəfn edildi- VİDEO

Azərbaycanlı "qanuni oğru"lar İrəvana getmədi


Ermənistanın paytaxtı İrəvanda məşhur "qanuni oğru", "Xoy" ləqəbli Rafiq Xoesyanın dəfn mərasimi keçirilib.

Dəfn mərasimində Ermənistanla yanaşı, keçmiş SSRİ-nin müxtəlif respublikalarından olan "qanuni oğru"lar iştirak edib. Mərhumum məzarına islah-əmək düşərgələrindən, eləcə də ayrı-ayrı şəxslərin adından 200-dək çələng göndərilib. Aralarında 200 -ə yaxın tanınmış şəxsin olduğu dəfn mərasimi iştirakçılarının ümumi sayının 4 minə yaxın olduğu bildirilir.

Qeyd edək ki, Xoy 77 illik həyatının 30 ilini həbsxanada keçirib. Bir neçə il əvvəl oğlunu itirən "qanuni oğru" onu Moskvada dəfn etsə də, özü İrəvan ətrafında torpağa tapşırılıb. Son illərdə işini "Afo" ləqəbli oğluna tapşıran Xoy günlərini evdə nəvəsi ilə keçirib.

Dəfn mərasimində keçmiş SSRİ-nin müxtəlif bölgələrindən kriminal aləmin tanınmış nümayəndələri, "qanuni oğru"lar gəlsə də onların arasında azərbaycanlılar olmayıb. Hətta Rusiyada və dünyanın bir sıra ölkələrində yaşayan azərbaycanlı "qanuni oğru"ların adından çələng göndərilməsi də qeydə alınmayıb.

Elnur
AzNews.az