Komissiya müsəlmanlarla bağlı yeni sənəd qəbul edəcək

Beynəlxalq İnsan Haqları Təşkilatı olan Human Rights Watch-un Myanmada baş verənləri etnik təmizləmə kimi tanımasından sonra Türkiyə Böyük Millət Məclisi də bu cinayətləri soyqırım kimi tanımağa hazırlaşır.

Mövzunu gündəmə gətirən Türkiyə parlamentinin İnsan Haqları Komissiyası müsəlmanlara qarşı tətbiq edilən soyqırımı dəyərləndirmək üçün xüsusi toplantı keçirib. Komissiyanın rəhbəri Ayhan Sefer Üstün Myanmada yaşananları vəhşilik adlandırıb.

Komissiya yaxın günlərdə bu ölkədə baş verənləri qətiyyətlə pisləyən və bu cinayətləri müsəlmanlara qarşı soyqırım kimi tanıyan sənəd qəbul etməyə hazırlaşır./deyerler. org/