Prezident iqamətgahı qarşısında etiraz aksiyası keçirilir

Peşə fəaliyyəti zamanı əlil olan "Ermənistan Hava Yolları" şirkətinin təyyarəçiləri, mühəndis-texnikləri Ermənistan Prezidenti Serj Sarkisyanın iqamətgahı qarşısında etiraz aksiyası keçirirlər.

Trend Ermənistan KİV-ə istinadən məlumat verir ki, aksiya iştirakçıları peşə fəaliyyəti zamanı sağlamlıqlarına dəyən zərərə görə 2006-cı ilin sentyabr ayından ödənilməyən vəsaiti tələb edirlər.

Xatırladaq ki, məhz bu tarixdən etibarən "Ermənistan Hava Yolları" müflisləşmə prosesinə başlayıb.

"Bizə deyirlər ki, ağır iqtisadi vəziyyətlə əlaqədar dövlətimizin indi kompensasiya ödəmək imkanı yoxdur. Lakin aviaşirkətin ləğvində əli olan Koçaryanın xeyli pulu var. Bu fəaliyyətinə görə də qoy o ödəsin", - etirazçılar bildiriblər.

AzNews.az