Prezident İlham Əliyev Putinə başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə başsağlığı verib



Dövlət başçısının başsağlığı teleqramında deyilir:

"Hörmətli Vladimir Vladimiroviç, Moskva ətrafında psixonevroloji klinikada yanğın nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirib.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm".

AzNews.az