- Köhnə - Region
- 27 Aprel 2013 17:28
- 3 201
Sakinlərlə təhlükəsizlik qüvvələri arasında toqquşma-FOTOLAR
İran Məsləhət Şurasının katibi, ölkə prezidentliyinə namizəd Möhsün Rzayiyə bağlı olduğu ehtimal edilən "Tabnak" saytının yazdığına görə, son günlərdə yerli sakinlər məsələ ilə bağlı Kuxərd və Bestək şəhər bələdiyyələrin binalarının qarşısına toplaşaraq öz etirazlarını bildiriblər. Ancaq onları etirazı heç bir nəticə verməyib. Müraciətlərinin cavabsız qaldığını görən sakinlər Bestək-Bəndər Lənge avtomobil yolunu bağlamaqla öz etirazlarını bildirməyə çalışıblar. İran təhlükəsizlik qüvvələri isə yolu açmaq üçün onları ərazidən uzaqlaşdırmağa çalışıb. Nəticədə tərəflər arasında qarşıdurma yaranıb. Sakinlər İran təhlükəsizlik qüvvələrinə daşlarla hücum ediblər, onlarla məxsus motosikletlərə od vurublar. Mağazalara və avtomobillərə ziyan dəyib. Hadisə nəticəsində hər iki tərəfdən də onlarla adam yaralanıb.
AzNews.az