- Köhnə - Region
- 1 May 2013 14:45
- 4 205
Konsulluğumuzdan Xalidə Xalidin saxlanılmasına münasibət
Azərbaycanın Təbrizdəki Baş Konsulluğu Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalidin İranda saxlanılmasına münasibət bildirib
Baş Konsulluğun vitse-konsulu Nəriman Orucəliyev APA-ya bildirib ki, bu barədə mətbuatdan xəbər tutublar: "Hazırda bu məsələ konsulun diqqətindədir və tərəfimizdən araşdırılır".
Qeyd edək ki, APA-nın "Oyannews"a istinadən verdiyi məlumata görə, X. Xalid aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub. Bundan başqa, daha bir Azərbaycan Respublikası vətəndaşının və İran vətəndaşı olan 4 azərbaycanlı fəalın həbs edildiyi bildirilir. Hazırda onların harada saxlanıldıqları məlum deyil.
AzNews.az