Necə olur ki, bir erməni keşişi çıxıb "Tuncelinin yüzdə doxsanı ermənidir" demək cürəti göstərir? Necə olur ki, bir erməni keşişi çıxıb "Tuncelinin yüzdə doxsanı ermənidir" demək cürəti göstərir?

“Ermənistanda bir nəfər türk vətəndaşı tapa bilməzsiniz“

Necə olur ki, bir erməni keşişi çıxıb "Tuncelinin yüzdə doxsanı ermənidir" demək cürəti göstərir?

Türkiyədə 100 min qaçaq erməni var. Bu barədə qardaş ölkədə fəaliyyət göstərən StarGazete.com saytında məlumat verilib. Sayt bu məlumatı Büyük Birlik Partiyasının başqanı Mustafa Dəstiçinin fikirlərinə istinadən yayıb.

Cənab Dəstiçi partiyasının Batman şəhərində təşkil etdiyi Güneydoğu Anadolu müşavirəsində deyib: "Türkiyədə 100 min qaçaq erməni var. Vətəndaşımız olanları saymıram.Necə olur ki, bir erməni keşişi çıxıb "Tuncelinin yüzdə doxsanı ermənidir" demək cürəti göstərir? Biz bu qədər xoşməramlılıq içindəykən Ermənistanda bir nəfər türk vətəndaşı tapa bilməzsiniz. Burada 100 min qaçaq erməni var və onlar bizi məhkum etməyə çalışırlar. Biz ermənilərin 100 min nəfərini burada bəsləyirik. Bu qədər xoşməramlı bir toplumuq".//musavat.com//

AzNews.az