- Köhnə - Region
- 1 May 2013 19:15
- 9 125
117 deputatdan 115-i ona səs verdi
APA-nın Gürcüstan bürosunun məlumatına görə, yenidən Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi irəli sürülmüş Teymuraz Şaraşenidze də parlamentin təsdiqindən keçib. Bu barədə məlumatı parlamentin azərbaycanlı deputatı Mahir Dərziyev bildirib. Onun sözlərinə görə, Teymuraz Şaraşenidzeyə 117 deputatdan 115 nəfər səs verib, iki deputat isə parlamentin işində iştirak etməyib. "Onun əleyhinə səs verən olmayıb. Bu gün parlamentdə Zurab Pataridze Qazaxıstanda, İrakli Koplatadze Türkiyədə, Xatuna Salukvadze Litvada səfir, Konstantin Korkeliya isə Avropa Şurasındakı daimi nümayəndə vəzifəsinə təsdiq olunub.
Xatırladaq ki, Teymuraz Şaraşenidze Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsinə ikinci dəfədir ki, təsdiq olunur.
AzNews.az