- Köhnə - Region
- 6 May 2013 12:25
- 3 892
3 nəfər əhalinin gözü qarşısında edam edildi
Məhbusların ad və soyadları açıqlanmayıb. Onlar barəsində aşağı instansiya məhkəməsinin çıxardığı ölüm hökmü İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra mayın 6-da səhər saatlarında Kirmanşah şəhərinin "Azadlıq" meydanında əhalinin gözü qarşısında icra edilib.
Qeyd edək ki, "Amnesty İnternational" təşkilatının (Beynəlxalq Əfv Təşkilatı) yaydığı hesabatda İranda 2012-ci ildə 314 nəfərin edam edildiyi bildirilir. Ancaq İran insan haqları təşkilatları edamların sayına görə Çindən sonra ikinci pillədə qərarlaşmış bu ölkədə 2012-ci ildə 580 nəfərin dara çəkildiyini açıqlayıblar.
Xatırladaq ki, ötən həftə rəsmi və qeyri-rəsmi məlumatlara görə, 4 nəfər Əraq şəhərində, 1 nəfər isə Zahidan şəhərində edam edilib.
AzNews.az