30 minlik mitinq başa çatdı

Moskvanın Bolotnaya meydanında müxalifətin mitinqi başa çatıb

APA-nın xəbərinə görə, bu barədə Moskva şəhər Baş polis idarəsi məlumat yayıb.

Məlumatda aksiya iştirakçılarının kütləvi şəkildə meydanı tərk etdikləri bildirilir.

Polisin məlumatına əsasən, aksiyada iki kiçik insident qeydə alınıb. İnsidentlər nəticəsində xəsarət alan yoxdur.

Moskva polisi aksiyada 8 min nəfərin iştirak etdiyi bildirir. Aksiya təşkilatçıları mitinqdə 30 min nəfərin iştirak etdiyini bildirirlər.

AzNews.az