Manyak oğurladığı qızları 10 il zirzəmidə gizlədib - VİDEO

Amerikanın Ohayo ştatının Klivlend şəhərində 10 il əvvəl itkin düşən 3 qız tapılıb. Onların sağ-salamat şəxsi evlərdən birində saxlandığı məlum olub. Evin sahibi Ariel Kastro qızları oğurlayaraq bu müddət ərzində evinin zirzəmisində saxlayıb.

İtkin düşən qızlar qaçırıldıqları zaman 17 yaşı olan Amanda Berri, 14 yaşlı Ceyn Dexesus və 20 yaşlı Mişel Haytdır.

Qızların tapılması isə manyakın qonşusunun onun evindən qışqırıq səsi eşitməsi ilə bağlı polisə etdiyi müraciət nəticəsində mümkün olub. Polis manyakın zirzəmidə saxladığı qızlarla bərabər kiçik bir uşaq tapıb. Həmin uşağın qızlardan biri tərəfindən elə zirzəmidə dünyaya gətirildiyi güman edilir.

Hazırda 52 yaşı olan manyak isə həbs olunub.

Elnarə Əlosmanqızı
AzNews.az