- Köhnə - Region
- 7 May 2013 13:45
- 4 023
Saakaşvili Azərbaycanla bağlı xəbərdarlıq etdi
APA-nın məlumatına görə, bu fikirləri Bakıda keçirilən Cənubi Qafqaz Forumunda çıxışı zamanı Gürcüstan prezidenti Mixail Saakaşvili söyləyib.
Saakaşvili bildirib ki, regionda Azərbaycanda stabilliyin pozulmasında maraqlı olan neqativ qüvvələr var: "Biz bunu Gürcüstanda öz üzərimizdə hiss etdik. Bu qüvvələr Azərbaycanın əldə etdiyi tərəqqi prosesini dayanması və davam etməməsi üçün hər cür səy göstərəcəklər. Çünki bu proses özlərini imperiya ambisiyaları olmadan təsəvvür edə bilməyən qüvvələrin yuxusunu ərşə çəkib. Çünki, bugünkü müstəqil xarici siyasət yürüdən, uğur qazanan Azərbaycan – bu məkan üçün tam yeni reallıqdır. Azərbaycan nümunə göstərib və buna görə biz onu qorumalıyıq".
AzNews.az