MOSKVA MERİYASI TELMAN İSMAYILOVA 1,2 HA ƏRAZİ AYIRDI MOSKVA MERİYASI TELMAN İSMAYILOVA 1,2 HA ƏRAZİ AYIRDI

Milyarderlər İttifaqının üzvünə 80 milyonluq “hədiyyə”- FOTO

MOSKVA MERİYASI TELMAN İSMAYILOVA 1,2 HA ƏRAZİ AYIRDI



Azərbaycanlı milyarder, "Milyarderələr İtifaqı"nın üzvü Telman İsmayılov deyəsən, rəsmi Kremlə münasibətlərini qaydaya salmaqdadır.

Söhbət ondan gedir ki, bir qədər əvvəl Rusiya paytaxtının Nikitinski bulvar küçəsində otel tikmək üçün icazə almağa nail olan AST Telmana indi böyük bir torpaq sahəsi verilib.

Daha doğrusu, onun oğlanları, Ələkbər və Sərxan İsmayılovların rəhbəri olduqları "Ruslayn 2000" şirkətinə Moskva meriyası tərəfindən 1,2 hektar torpaq sahəsi ayrılıb. AzNews.az-a daxil olan məlumata görə, sözügedən şirkət paytaxtın mərkəzində, İzmayilova parkı yaxınlığında ticarət mərkəzi tikəcək.

Məlumata görə, həmin ərazi İsmayılovlara müddəti artırılmaqla 25 illiyinə icarəyə verilib. Moskva meriyasının ekspertləri paytaxtın ən mənzərəli yerində olan bu ərazidə 1,2 hektar torpağın bazar qiymətinin 80 milyon dollar olduğunu deyirlər.

Tikintiyə isə bu ilin yayından başlanacaq və ticarət mərkəzinin 2014-cü ilin sonlarında hazır olacağı bildirilir.

Sübhan
AzNews.az