- Köhnə - Region
- 13 May 2013 15:29
- 2 581
Əhmədinejad məhkəməyə verildi
Məlumata görə, parlament üzvləri növbəti prezident seçkilərində namizədə "aşkar dəstək" verdiyinə görə Əhmədinejad tərəfindən qanun pozuntusuna baxılması xahişi ilə məhkəməyə müraciət ediblər.
Əhmədinejad öz ofisinin rəhbəri İsfəndiyar Rəhim Məşaini may ayının 11-də İran DİN-də prezident seçkilərində qeydiyyatdan keçən vaxt müşayiət edib.
Prezident oğlunun qayınatası olan Məşaini dəstəkləyib. Bu kadrları İran dövlət televiziyası da nümayiş etdirib. İran qanunvericiliyinə görə, prezident hər hansı namizədi dəstəkləyə bilməz.
AzNews.az