- Köhnə - Region
- 14 May 2013 10:06
- 8 637
İranın növbəti “meymun“ planı
İran ölkənin cari təqvim ilinin (2014-cü il martın 20-i) sonuna, yaxud gələn ilin əvvəlində kosmosa ikinci meymunu göndərəcək
Trend-in çərşənbə axşamı "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Kosmik Agentliyinin Elmi-Araşdırmalar Mərkəzinin direktoru Məhəmməd İbrahimi deyib.
Onun sözlərinə görə, raketdaşıyıcı maye yanacaq ilə işləyəcək ki, bu da sürəti aşağı endirməyə və heyvanın orqanizminə yüklənməni azaltmağa imkan verəcək.
O qeyd edib ki, iranlı mütəxəssislər tərəfindən kosmosa ilk meymun 2013-cü il yanvarın 28-də göndərilib.
AzNews.az