Avropa Şurasının Nazirlər Komitəsinin sədrliyi bu gündən Ermənistana keçir Avropa Şurasının Nazirlər Komitəsinin sədrliyi bu gündən Ermənistana keçir

Qərarlarının icrasına Ermənistan rəhbərlik edəcək

Avropa Şurasının Nazirlər Komitəsinin sədrliyi bu gündən Ermənistana keçir



Bu gün keçiriləcək 123-cü iclasda sədrlik Andorradan Ermənistana veriləcək. Bu məqsədlə xarici işlər naziri Edvard Nalbandyan Strasburqa gəlib. Səfər çərçivəsində o, Avropa Şurasının baş katibi Turbern Yaqlandla görüşüb. Yaqlanda görüş zamanı qeyd edib ki, yeni post İrəvan üzərinə böyük məsuliyyət qoyur.

Avropa Şurasının Nazirlər Komitəsinin tərkibi üzv dövlətlərin xarici işlər nazirlərindən ibarətdir. Komitə Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı məhkəmə qəraralrının icrasına nəzarəti həyata keçirir. Ermənistan Komitəyə altı ay müddətində rəhbərlik edəcək.(modern.az)

AzNews.az