Azərbaycanın simvolu olacaq Bakıdakı Heydər Əliyev adına beynəlxalq hava limanında yeni xarici xətlər terminalında türk kuvarsından istifadə ediləcək. Bunu Türkiyənin “Hürriyyət” qəzeti yazıb. Azərbaycanın simvolu olacaq Bakıdakı Heydər Əliyev adına beynəlxalq hava limanında yeni xarici xətlər terminalında türk kuvarsından istifadə ediləcək. Bunu Türkiyənin “Hürriyyət” qəzeti yazıb.

Türk mətbuatı Bakı aeroportundan yazdı

Azərbaycanın simvolu olacaq Bakıdakı Heydər Əliyev adına beynəlxalq hava limanında yeni xarici xətlər terminalında türk kuvarsından istifadə ediləcək. Bunu Türkiyənin “Hürriyyət” qəzeti yazıb.



Qəzetin yazdığına görə, sentyabr ayında açılması nəzərdə tutulan terminalın ərazisində 50 min kvm-də yer və divarlarında Belenco kuvars üzlüklərdən istifadə ediləcək.

Qəzet bildirib ki, terminalın layihəsində iştirak etmək üçün bir çox məşhur dünya markasına sahib olan şirkətlər ciddi rəqabət aparıb. Ancaq üstünlük türk kuvarsına verilib: "İldə 3 milyon sərnişini qəbul edəcək terminalda istifadə ediləcək kuvars məkana şıqlıq və gözəl dizayn verməklə yanaşı ,yüksək dayanıqlılığı səbəbi ilə seçilib"

Terminalda istifadə ediləcək kuvars Belenconun USGBC Yaşıl Bina Sertifikatına sahib olan Manisa fabrikində istehsal edilir. Heydər Əliyev adına hava limanında şirkətə məxsus kolleksiyadan "Juliet White", "Chestnut Cream", "Sahara Beige" və "Obit Black" rənglərindən istifadə ediləcək.

Elnarə
AzNews.az