Rus milyarderdən Türkiyəyə 200 milyon dollarlıq yatırım

Dünyanın ən varlı adamları siyahısında 32-ci olan rusiyalı milyarder Mixail Proxorovun Türkiyəyə 200 milyon dollarlıq investisiya qoymaq istədiyi açıqlanıb.

Milyarder Egey bölgəsinin turistik qəsəbələrindən olan Çeşməyə investisiya qoymaq niyyətindədir.

Çeşmə bələdiyyəsinin sədri Faiq Tütünçü Proxorovun 6 il əvvəl Altınkum bölgəsində turizm təsisi tikdirmək məqsədilə torpaq sahəsi aldığını deyib.

Altınkumda 21 ildir tikinti planı olmayan 2671 hektar sahənin 170 hektarının Proxorova məxsus olduğunu vurğulayan Tütünçü layihənin hazır olmasına baxmayaraq plan olmadığı üçün iş görülmədiyini bildirib.

Bələdiyyə sədri qeyd edib ki, Proxorov bundan sonra Türkiyəyə başqa yatırımlar da qoymağı planlaşdırır.//lent.az//

AzNews.az