Güneyli fəal azadlığını 50 milyon tumənə aldı

İranda tanınmış azərbaycanlı fəal Mehdi (Elman) Nuri 50 milyon tümən girov müqabilində müvəqqəti azadlığa buraxılıb.

Mayın 17-də İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs edilən milli fəalın evində müsadirə edilən şəxsi əşyaları ona qaytarılmayıb.

Azərbaycanlı fəal 2006-cı ilin mayında da tutulub və 2 il həbs cəzası çəkib. Eyni zamanda M.Nuri 2011-ci il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində Mustafa Əvəzpurun evində verdiyi iftar mərasimi zamanı Urmiya gölündəki ekoloji fəlakətin aradan qaldırılması ilə bağlı çıxış yollarını müzakirə edərkən ETTELAAT əməkdaşları tərəfindən 29 azərbaycanlı fəalla birlikdə həbs olunub. Bundan sonra azərbaycanlı fəal Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən 24 ay azadlıqdan məhrum edilsə də, daha sonra bəraət alıb.

Elnarə
AzNews.az