Vali Gezi parkında istirahətə dəvət olundu

Türkiyədə Gezi parkında qalmağa davam edən aksiyaçıların bir qrupu İstanbul valisi Avni Mutlu Gezi ilə görüşüb.

Vali gəncləri görüşə dəvət edərkən öz telefon nömrəsinin də elan etməklə gənclərin diqqətini cəlb edib.

Görüş 5 saatdan çox davam edib.

Görüşdən sonra açıqlama verən Avni Mutlu gənclərin özünü normal apardığını və baş nazirə qarşı diqqətli olduqlarını bildirib.

Valinin fikrincə, onu da parkda istirahətə dəvət edən gənclər aksiyanı daha uzun müddət davam etdirməyəcək.

Elnarə
AzNews.az