Xameneyi səsini yaxınlarından da gizlədib

İranın dini lideri Seyyid Əli Xameneyi bu gün keçirilən prezident seçkilərində iştirak edib. İlk səs verənlərdən biri olan Xameneyi mətbuata müsahibəsində kimə səs verdiyini aşıqlamayıb.

Bildirib ki, kimə səs verdiyini təkcə özü bilir və bunu hətta yaxınlarına da açıqlamayıb: "Hamı seçki qutularına yaxınlaşmalı və səsini istədiyi namizədə verməlidir. Mənim verdiyim səsdən heç kimin, hətta yaxınlarımın belə xəbəri yoxdur. Xalqın səsi seçki qutularına nəzarət edənlərə verdiyi əmanətdir".

Elnarə
AzNews.az