“Rusiya ilə münasibətləri bərpa edin!“ - Aksiya

Gürcüstanın "Avrasiya seçimi" koalisiyası Rusiya ilə diplomatik münasibətlərin bərpası tələbi ilə etiraz aksiyası keçirib.

Koalisiyaya rəhbərik edən "II İrakli Cəmiyyəti"nin rəhbəri Arçil Çkoidze bildirib ki, Rusiya ilə diplomatik münasibətlərin bərpası istiqamətində ilk addımı məhz Gürcüstan tərəfi atmalıdır. O hesab edir ki, Rusiya ilə diplomatik əlaqələrin bərpası Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin Rusiya tərəfindən tanınmasını qarşısını mümkün qədər ala bilər.

Arçil Çkoidzenin sözlərinə görə, 2008-ci ilə qədər Rusiya Gürcüstanın ərazi bütövlüyünü və rəsmən tanıyıb. Lakin müharıbədən sonra Rusiya Gürcüstanla diplomatik münasibətləri kəsib: "Müharibəni 2008-ci ildə Saakaşvili başladıb. Bu fakt artıq öz təsdiqini tapıb. Lakin birtərəfli qaydada Gürcüstanı günahlandırmaq düzgün olmazdı. Buna baxmayaraq Rusiya ilə diplomatik münasibətlərin bərpası vacibdir", - deyə Çkoidze bildirib.

Arçil Çkoidzenin fikrincə, Gürcüstan əhalisinin əksəriyyəti Rusiya ilə diplomatik münasibətləri bərpa etmək istəyir: "Çünki Gürcüstanda Avropa ilə deyil, Rusiya ilə münasibətləri normallaşdırmaq istəyənlərin sayının daha çox olduğunu görürük".//anspress//

AzNews.az