- Köhnə - Region
- 15 İyun 2013 17:19
- 2 645
Polis idarəsinin qarşısında qəribə mənzərə - FOTO
Sosial şəbəkələrdə yayımış foto Gürcüstan cəmiyyətində geniş müzakirəyə səbəb olub
Gürcüstanda fotoaparatın obyektivinə qəribə mənzərə düşüb. Sosial şəbəkələrdə yayımış foto gürcü cəmiyyətində geniş müzakirəyə səbəb olub. Saakaşvili iqtidarı dövründə tikilən müasir polis idarələri binalarının qarşısındakı çəmənlikdə malların otlaması birmənalı qarşılanmayıb.
Bəziləri bunu hazırkı hakimiyyətin qayda-qanuna münasibətinin güzgüsü kimi dəyərləndirir. Onlar deyir ki, Saakaşvili dönəmində belə halların yaşanacağı təqdirdə inəklərin sahibi dərhal cərimələnəcəkdi. İvanişvili iqtidarı dönəmində isə əksinə belə hallara barmaqarası baxılır. (anspress)
AzNews.az