Türkiyə qan gölünə çevrildi - FOTO

Bu səhər Türkiyə qan gölünə çevrilib. Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ramazan bayramında naməlum şəxslər Türkiyənin 3 müxtəlif ərazisində günahsız insanları atəşə tutub.

İlk qanlı olay bu gün səhər saatlarında İstanbul şəhəri Maltəpə rayonunun Gülsuyu məhəlləsində baş verib. Belə ki, naməlum şəxslər avtomobildən enərək Sinan Sağır ve Şafak Aykan Şimşek adlı şəxsləri güllələyib. Daha sonra naməlum şəxlsər avtomobilə minərək hadisə yerindən uzaqlaşıb. Yaralılar dərhal təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Daha sonra həmin silahlı şəxslər ESP (Əzilənlərin Sosialist Partiyası) Gülsuyu nümayəndəliyinin qarşısında avtomobildən düşərək insanlara atəş açıb. Nəticədə Çağdaş Demiroğlu, Ayşe Deniz Kocagil, Özgür Bedel ayaqlarında yaralanıb. Silahlı şəxslər yenə də həmin ərazini tərk ediblər. Lakin silahlı şəxslər naməlum səbəbdən yenidən Gülsuyu məhəlləsinin Heykəl meydanında insanları gülləboran edib. Bu zaman isə 19 yaşlı Öykü Dilara, 45 yaşlı Abdullah Atasoy, 41 yaşlı Birgül Yükselir və Alman əsilli Sven Kouler ayaqlarından yaralanıb. Silahlı insidentlə bağlı Gülsuyu məhəlləsinin sakinləri etiraz aksiyası keçirib.

Türkiyə polisi isə hər 3 silahlı hadisəni törədənlərin axtarışlarına başlayıb.


AzNews.az