İnternet viruslarından ən çox ziyan çəkən ölkə- Ermənistan

Virusdan Müdafiə təşkilatı tərəfindən aparılan araşdırma nəticəsində 2013-cü ildə internet viruslarından ən çox əziyyət çəkən MDB ölkəsinin Ermənistan olması bəlli olub.

Araşdırmaya görə, 2013-cü ildə viruslardan ən çox əziyyət çəkən ölkə Vyetnam, daha sonra Ermənistandır. Belə ki, ölkə istifadəçilərinin 53,4%-nin komputeri "virusa yoluxub".

İnternet viruslarından ən az əziyyət çəkən ölkələr arasında ilk sıralarda Yaponiya və Danimarka, həmçinin Afrika ölkələri yer alıb.
Afrika ölkələrinin virusdan qorunmasının səbəbi həmin ölkələrinin əksəriyyətində bir çox saytlara qoyulan qadağa ilə bağlıdır.

Aynur Hüseynova
AzNews.az