Polis tapança ilə özünü vurdu

İstanbulda polis şübhəli şəxsi tutmağa çalışarkən səhvən özünü vurub.

Hadisə bu gün Türkiyə vaxtı ilə gecə 02:00 da baş verib.

Əhvalat belə olub. Polislər bir kafede silahlı hücum barədə məlumat alıblar. Hadisə yerinə gələndə, əlində silah olan birinin qaçdığını görüblər. Onu tutmağa çalışanda, şübhəlinin yaxınları hadisə yerinə gəlib. Bunu görən şübhəli şəxs əlindəki silahı yerə atıb qaçmağa başlayıb.

Polis nəfəri Oğuzxan Kaharaman silahı yerdən götürüb maşına minmək istəyəndə silah öz-özünə atəş açılıb. Güllə polisinn sol ayağını yaralayıb və o, xəstəxanaya aparılıb.

Qeyd edək ki, yüngül yaralanan polis xəstəxanadan tez bir zaman içində evə buraxılıb. Hadisə ilə əlaqədar 4 nəfər saxlanılıb.

AzNews.az