“Mən gedəndən sonra baş nazir Saakaşvili olacaq“

Gürcüstanın baş naziri Bidzina İvanişvili vəzifədən gedəcəyi barədə maraqlı açıqlama verib.

İvanişvili deyib ki, onun davamçısı oktyabr ayında prezidentlik müddəti sona çatan Mixeil Saakaşvili olacaq.

"Mən düşünürəm ki, Giorgi və Mixail bir-birlərini yaxşı başa düşürlər və ölkənin dirçəlməsinə nail olacaqlar", - o əlavə edib.

İvanişvili onu da qeyd edib ki, Saakaşvili yaxşı liderdir.

AzNews.az