Moskvaətrafında Azərbaycan vətəndaşları saxlanıldı

Rusiyanın Moskvaətrafı Marfino qəsəbəsində polis 250-dən çox qeyri-leqal miqrant saxlayıb.


APA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, miqrantlar bazar ərazisində quraşdırılmış 34 konteynerdə yaşayırmış.

Polisin məlumatına görə, reyd "Qeyr-leqal miqrant" əməliyyatı çərçivəsində Rusiya DİN-in Moskva vilayəti üzrə Baş İdarəsinin İqtisadi Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən OMON-un dəstəyi ilə keçirilib.

Məlumatda bildirilir ki, polis şöbələrinə 257 Azərbaycan, Özbəkistan və Tacikistandan vətəndaşları aparılıb. Hazırda qeyri-leqal miqrasiyanın təşkili faktı üzrə cinayət işinin qaldırılması məsələsinə baxılır.

AzNews.az