Moskvada həmyerlimizi öldürən qadın killer yaxalandı

Rusiyanın paytaxtı Moskvada həmyerlimizi öldürən qadın killer saxlanılıb.


AzNews.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, 33 yaşlı qadın, yaxını olan 41 yaşlı kişi ilə birlikdə qətldə ittiham edilir.
Məlumatda bildirilir ki, sentyabrın 13-də güllə yarasından ölən şəxsin cəsədi tapılıb. Araşdırma zamanı onun 29 yaşlı azərbaycanlı Qərib Ələkbərov olduğu müəyyənləşib. Şəxsin iki mobil telefonu və az miqdarda puluna isə toxunulmayıb.

Faktla əlaqədar cinayət işi açılıb.

Sentyabrın 20-də isə polis qətlin icraçısı və təşkilatçını müəyyən edib. Təhqiqat zamanı məlum olub ki, qətlin təşkilatçısı olan kişi borclu olduğu 2 nəfəri öldürmək niyyətinə düşüb. Bunun üçün o, qadın killerlə anlaşıb. Əvvəlcədən cinayət silahı əldə edilib və silahı sınaqdan keçirmək qərara alınıb. Killer qadın silahı 1983-cü il təvəllüdlü azərbaycanlının üzərində sınaqdan keçirib.

Qadın əvvəlcə soydaşımızla tanış olub, daha sonra onu qardaşı ilə tanış etmək adı ilə görüşə çağırıb. Qardaş rolunu isə qətli sifariş verən şəxs icra edib. Kişi Qərib Ələkbərovla söhbət edərkən, qadın arxadan oxla vuraraq həmyerlimizi öldürüb.

Elnarə
AzNews.az